METBUAT.AZ

Ölkə

10:00-dan etibarən qaz olmayacaq -

11 Fevral 2025 22:05

Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.


metbuat.az.