METBUAT.AZ

Gündəm

AMB-yə üç yeni baş direktor təyin edildi

6 Fevral 2025 12:21

Azərbaycan Mərkəzi Bankına (AMB) daha 3 baş direktor vəzifəsinə təyinat olub.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, yeni baş direktorlar Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulovdur. Bununla da, AMB-nin baş direktorlarının sayı 9-a çatıb.

A.Mansurov indiyə qədər qurumun Maliyyə idarəetməsi departamentinin, E.Seydiyev Maliyyə bazarlarında əməliyyatlar departamentinin, T.Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru olub.


metbuat.az.