METBUAT.AZ

Ölkə

Çılpaq videolar düzəldib şantaj edirlər -

25 Fevral 2025 23:09

Bolqar dələduzluğunun yenilənmiş forması yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə social media istifadəçiləri məlumat verib.

Bildirilib ki, bu dələduzluq növü illərdir mövcuddur, lakin indiki metodları daha fərqlidir.

Belə ki, xarici nömrədən görüntülü zəng gəlir və siz zəngi açırsınız. Bu zaman üzünüzü kameraya qeyd edirlər, 15-20 saniyə ingiliscə suallar verirlər və sonra qəfil əlaqə kəsilir. Ardıyca üzü görünməyən bir insan videosu qeyri-etik formada paylaşırlar. Elə görünür ki, zəngi açan şəxs daha sonra soyunmağa başlayıb. Bu tip videoları “faebook” ya “instagram” dostlarınıza göndərilməsini istəmirsinizsə, həmin şəxslərin tələb etdiyi pulu ödəməlisiniz.

Bucür dələduzların qurbanı olmamaq üçünə diqqətli olun və tanımadığınız, yad nömrələrdən gələn görüntlü zəngləri açmayın.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.