8 Fevral 2025 17:06
Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində torpaq sürüşməsi olub.
Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 10 ev torpaq altında qalıb. Nəticədə 30 nəfər itkin düşüb, 2 nəfər xilas edilib.
Sözügedən ərazidən 200 nəfər təxliyə edilib.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.