METBUAT.AZ

İdman

Final mərhələsinin ikinci oyunları keçiriləcək

14 Fevral 2025 10:07

Bu gün Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, həlledici raundda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla üz-üzə gələcək. Ötən gün baş tutan görüş 0,5:0,5 nəticə ilə heç-heçə yekunlaşıb. Səhhət problemi səbəbindən Teymur Rəcəbov Misrətdin İskəndərovla üçüncü yer mübarizəsinə qatılmayıb.

Qadınlar finalında Gövhər Beydullayeva ilə Günay Məmmədzadə arasında rəqabət yaşanacaq. İlk dueldə G. Beydullayeva 1:0 hesabı ilə qalib gəlib, üçüncü yer uğrunda görüşdə isə Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üz-üzə gəlir. Ü. Fətəliyeva ötən gün 1:0 qələbə qazanıb.

Qeyd edək ki, kişilər yarışında mükafat fondu 60 min, qadınlar yarışında isə 30 min manat təşkil edir.


metbuat.az.