METBUAT.AZ

Ölkə

Fuad Muradova hökm oxundu

19 Fevral 2025 16:12

Yeddi nəfəri şantaj etməkdə ittiham edilən Milli Fədailər Hərəkatının qurucusu Fuad Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Fuad Muradov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.


metbuat.az.