METBUAT.AZ

Dünya

İlon Mask çağırış etdi -

28 Fevral 2025 11:33

Amerikalı milyarder, “X”, “Tesla”, “SpaceX” şirkətlərinin sahibi İlon Mask təqaüdə çıxmış aviadispetçerləri kadr çatışmazlığı səbəbindən işə qayıtmağa çağırıb.

Metbuat.az xəbər verir ki, o, bu barədə X sosial media hesabında paylaşım edib.

"Birinci dərəcəli hava hərəkəti dispetçerlərinin çatışmazlığı var. Təqaüddə olan hava nəqliyyatı dispetçerləri işə qayıtmaq istəyirlərsə, bu paylaşımı nəzərlərində saxlasınlar", – deyə Mask bildirib.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) uzun müddətdir ki, aviadispetçer çatışmazlığı yaşayır.


metbuat.az.