METBUAT.AZ

İdman

Mahir Emreli bu kluba keçir

13 Fevral 2025 16:02

Almaniyanın "Nürnberq" komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanan Cənubi Koreya klubu müəyyənləşib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, "Seul" 27 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

Daha əvvəl də azərbaycanlı forvarda təklif irəli sürən K Liqa 1 təmsilçisi Emrelini razı salmaq üçün Nürnberq şəhərinə nümayəndə də göndərib.

"Seul" oyunçunu razı sala bilsə, II Bundesliqa klubuna müəyyən məbləğ ödəməli olacaq. Cənubi Koreyada transfer dönəmi martın 22-də başa çatacaq.

Qeyd edək ki, Mahir Emreli ötən yay "Nürnberq"ə keçib.


metbuat.az.