METBUAT.AZ

İdman

Mahir oynadı, “Nürnberq” qalib gəldi

1 Fevral 2025 01:15

Almaniya 2-ci bundesliqasında 20-ci turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün öz meydanında “Darmştad”ı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Emreli 90+3-cü dəqiqədə Yanni Serra ilə əvəzlənib. Millimizin hücumçusu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.


metbuat.az.