21 Fevral 2025 23:28
Bu gün müstəqil xəbər portalı Metbuat.az 8-ci ilini tamamlayır.
2017-ci il 21 fevral tarixindən özəl xəbər istehsalına başlayan Metbuat.az qısa müddət ərzində etibarlı və operativ xəbər saytına çevrilərək oxucuların etimadını qazanıb.
Portalımız günün ən mühüm xəbərlərini oxuculara çatdırmaqla yanaşı, müxtəlif sahələrə aid aktual və maraqlı məqalələr təqdim edir, ekspert rəyləri, müsahibələr, reportajlar hazırlayaraq gündəmin əsas məsələlərini dərindən araşdırmağa imkan yaradır.
Müasir dövrün nəbzini tutan Metbuat.az yalnız veb-sayt üzərindən deyil, həm də populyar sosial media platformalarında aktiv fəaliyyət göstərir. “Facebook”, “Instagram”, “YouTube”, “Telegram” və “Twitter” kimi sosial şəbəkələrdə səhifələrimiz geniş auditoriya tərəfindən izlənilir.
Oxucu kütləsinə obyektiv və dəqiq informasiya çatdırmağı özünə prioritet hesab edən Metbuat.az bu gün ölkənin ən çox oxunan onlayn media resurslarından biridir. Portalımız media sahəsindəki yeniliklərə daim açıqdır və daha keyfiyyətli məzmun təqdim etmək üçün fəaliyyətini genişləndirməkdə davam edir.
Metbuat.az komandası olaraq 8-ci yaşımız münasibətilə bizi dəstəkləyən hər kəsə təşəkkür edirik! Qarşıdakı illərdə də sizə ən dəqiq və operativ xəbərləri çatdırmaq üçün çalışacağıq!