4 Fevral 2025 08:25
“Milan”nın müdafiəçisi Davide Kalabriya “Bolonya”da çıxış edəcək.
Metbuat.az xəbər verir ki, futbolçu mövsümün sonuna qədər icarə əsasında yeni komandasında oynayacaq.
Qeyd edək ki, D.Kalabriya 2015-ci ildən “Milan”ın formasını geyinir. Komandanın kapitanı bu müddətdə 272 oyuna çıxıb, 10 qol vurub.