METBUAT.AZ

İdman

"Neftçi" klubu cərimələndi

12 Fevral 2025 14:58

“Neftçi” klubu azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə cərimələnib.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Azarkeşləri Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə oyun bitdikdən sonra pirotexniki vasitələrdən istifadə etdiyi üçün "Neftçi" 1500 manat cərimələnib.

Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ziyana düşüblər.

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə ödəyəcək.


metbuat.az.