22 Fevral 2025 23:15
Hazırda Bakıda sıxlıq olan yolların siyahısı açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.