9 Fevral 2025 19:09
Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransisk Vatikanda keçirdiyi ayin zamanı nəfəs almaqda çətinlik çəkib.
Metbuat.az xəbər verir ki, o, köməkçisindən çıxışını tamamlamasını istəyib.
Son günlərdə səhhətində yaşadığı problemlərə görə, bəzi qəbullarını təxirə salan 88 yaşlı Papa Fransiskin bugünkü məclisdə yorğun olduğu və çətinlik çəkdiyi müşahidə edilib.