METBUAT.AZ

Dünya

Papanın vəziyyəti ağırdır

22 Fevral 2025 22:51

Roma Papası Fransiskin vəziyyəti ağır olaraq qalır və ona qan köçürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Papa Fransiskin vəziyyəti kritik olaraq qalır. Uzun sürən astmatik tənəffüs böhranı üçün tibbi yardıma ehtiyac duyub. Onda tombositopeniya aşkar edildiyindən qanköçürmə tələb olunub”, - məlumatda deyilir.


metbuat.az.