METBUAT.AZ

İdman

"Qarabağ" braziliyalı futbolçu ilə yollarını ayırdı -

5 Fevral 2025 15:11

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən "köhlən atlar"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.


metbuat.az.