METBUAT.AZ

Region

Qonşu ölkədə dollar kəskin bahalaşdı

8 Fevral 2025 23:21

İranda dolların məzənnəsi tarixi rekorda çatıb.

Metbuat.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, İran tüməni ABŞ valyutasına nisbətdə kəskin şəkildə dəyər itirməkdədir.

Məlumata görə, hazırda Tehran birjasında 1 ABŞ dolları 88 825 tümənə bərabərdir.

Analitiklər bu göstəricini milli valyutanın növbəti dəfə ciddi ucuzlaşması kimi qiymətləndirirlər.


metbuat.az.