METBUAT.AZ

Siyasət

Qvineya-Bisau Prezidenti Azərbaycanda rəsmi səfərdədir

27 Fevral 2025 14:24

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycana rəsmi səfərə gəlib.

Metbuat.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.


metbuat.az.