METBUAT.AZ

İdman

"Real" "Mançester Siti"yə qarşı -

19 Fevral 2025 10:16

UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, günün ən maraqlı qarşılaşmalarından biri İspaniyada baş tutacaq. Madridin "Real" klubu evdə İngiltərənin "Mançester Siti" komandasını qəbul edəcək.

Bundan əlavə, Dortmundun "Borussiya" klubu "Sportinq" (Portuqaliya), PSJ isə Fransa Liqa 1-dəki rəqibi "Brest"lə qarşılaşacaq. "Yuventus" isə Niderlandda PSV-nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

19 fevral

21:45 – "Borussiya" (Almaniya) – "Sportinq" (Portuqaliya) (İlk oyun – 3:0)

00:00 – PSJ (Fransa) – "Brest" (Fransa) (İlk oyun – 3:0)

00:00 – "Real" (İspaniya) – "Mançester Siti" (İngiltərə) (İlk oyun – 3:2)

00:00 – PSV (Niderland) – "Yuventus" (İtaliya) (İlk oyun – 1:2)

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması fevralın 21-də keçiriləcək.


metbuat.az.