METBUAT.AZ

Hadisə

Saatlıda qonşular arasında dava:

16 Fevral 2025 09:13

Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, M. Seyidovun qonşuları, 1980-ci il təvəllüdlü Elşad Elbrus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.



metbuat.az.