METBUAT.AZ

Gündəm

Suyun təzyiqi nə vaxt bərpa ediləcək? -

24 Fevral 2025 23:46

Şaxtalı hava şəraitində Bakının bir çox ərazilərində suyun təzyiqinin azalması müşahidə olunur. Bu vəziyyət sakinlərin gündəlik həyatına təsir edir və su təchizatı ilə bağlı narahatlıqlar yaradır.

Bəs suyun təzyiqi nə vaxtdan bərpa ediləcək?

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təzyiq bəzi ərazilərdə aşağı düşə bilər, bu hal da suyun verilmə qaydalarının tənzimlənməsi ilə bağlıdır.

“Su təhcizatı normativ tələblərə uyğun olaraq tənzimlənir. Suyun təzyiqinin nə vaxtdan artacağı ilə bağlı məlumat isə hələlik bəlli deyil”, - deyə məlumatda qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.