METBUAT.AZ

Ölkə

Texniki baxışla bağlı sürüclərin nəzərinə

12 Fevral 2025 16:54

"Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib".

Metbuat.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb:

"Həmin mərkəzlər həftənin I-VI günləri saat 9:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün (012) 590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər".


metbuat.az.