METBUAT.AZ

İdman

“Zirə” - “Kəpəz” matçının vaxtı yenə dəyişdi

24 Fevral 2025 14:53

Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Azərbaycan Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Daha əvvəl görüşün bu gün saat 16:00-da start götürməsi planlaşdırılırdı.


metbuat.az.