METBUAT.AZ

Ölkə

19 martda iş saatı necə olacaq?

18 Mart 2025 12:40

Azərbaycanda 19 mart qısaldılmış iş günüdür.

Metbuat.az xəbər verir ki, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.

Əmək Məcəlləsinin 108-ci maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti tənzimləyir.

Həmin maddəyə əsasən, Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Ülkər Abdurahmanlı / Metbuat.az


metbuat.az.