METBUAT.AZ

Hadisə

20 yaşlı qız faciəvi şəkildə öldü

8 Mart 2025 11:58

Dünən axşam saatlarında Yevlax rayonunda bədbəxt hadisə baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, saat 18 radələrində Yevlax şəhərindəki internat məktəbinin hasarı gənc qızın üzərinə aşıb.

Nəticədə 2005-ci il təvəllüdlü Nərmin Rafiq qızı Hüseynova ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.


metbuat.az.