METBUAT.AZ

Ölkə

23 yaşlı gəncin meyiti tapıldı

18 Mart 2025 18:15

Şəkidə 23 yaşlı gəncin meyiti aşkar edilib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Daşüz kəndində baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Mahir Səmədovun meyiti yaşadığı evin həyətində yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı M. Səmədovun həyatını sonlandırdığı məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.


metbuat.az.