METBUAT.AZ

Dünya

4 milyondan çox insan Kəbədə namaz qıldı

30 Mart 2025 14:42

Ramazan ayını Səudiyyə Ərəbistanında keçirən 4 milyondan çox müsəlman Kəbədə birləşib.

Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, gecə yarısından etibarən Kəbə ətrafında toplaşanlar Ramazan ayının sona çatması ilə Məscid-ül Həramda bayram namazını qılıblar.

Namazı qıldıran məscidin imamı Əbdürrəhman Sudeysi bayram münasibətilə təbriklərini çatdıran xütbə verib.


metbuat.az.