17 Mart 2025 21:54
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) yeni sədr seçilib.
Metbuat.az-ın əldə etdiyi məlumata əsasən, 14 mart tarixində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA)növbədən kənar iclası keçirilib. İclasdaAADA sədri Natiq Zərbəliyevin öz istəyi iləsədrlikdən getməyi səsə qoyulub. Daha sonra assosiasiyanın üzvləri yeniİdarə Heyətinin sədrini seçiblər.
2022 ci ildən AADA-nın icraçı direktoru vəzifəsində çalışan Eyyub Əliyev səs çoxluğu ilə AADA sədri seçilib.
Xatırladaq ki, Natiq Zərbəliyev 25 il quruma rəhbərlik edib. O, həm də Azərbaycan avtomobil jurnalistikasının banisi hesab edilir.
Sevinc İbrahimzadə / Metbuat.az