METBUAT.AZ

İdman

AFFA baş məşqçini

10 Mart 2025 12:19

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" komandasının baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.

Metbuat.az xəbər verir ki. bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna mütəxəssisin XVII turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması səbəb olub. “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib.

"İmişli"nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib. O, "Mingəçevir"lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı. Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat ödəyəcək.


metbuat.az.