METBUAT.AZ

İdman

Ançelotti Braziliya millisi ilə bağlı iddialara cavab verdi

28 Mart 2025 19:05

"Real Madrid"in məşqçisi Karlo Ançelotti Braziliya millisinə gedə biləcəyi ilə bağlı iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, o, Braziliya ilə danışıqlar aparmadığını söyləyib: "Hazırda diqqətimi tamamilə "Real Madrid"ə yönəltmişəm. "Kral klubu" ilə qüvvədə olan müqaviləm var və kuboklar qazanmağı hədəfləmişəm. Qarşımızda vacib məqsədlər durur".


metbuat.az.