METBUAT.AZ

İdman

Argentina millisində itki

20 Mart 2025 15:21

"İnter"in və Argentina millisinin hücumçusu Lautaro Martinez sıradan çıxıb.

Metbuat.az xəbər verir ki, 27 yaşlı hücumçunun əzələsində problem yaranıb. O, bu səbəbdən millinin düşərgəsini tərk edib.

Daha əvvəl Lionel Messinin zədə səbəbindən dünya çempionatının seçmə mərhələsində Braziliya və Uruqvaya qarşı oyunları buraxacağı açıqlanmışdı.


metbuat.az.