METBUAT.AZ

İdman

Azərbaycan çempionatında yeni rekord

30 Mart 2025 14:15

Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Sumqayıt” - "Sabah" oyununda (3:3) qeydə alınıb.

Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.


metbuat.az.