METBUAT.AZ

İdman

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub oldu

25 Mart 2025 23:42

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

Metbuat.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.


metbuat.az.