METBUAT.AZ

Ölkə

Azərbaycanda təhsil alan əcnəbilərin sayı

14 Mart 2025 13:28

Hazırda ölkənin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Metbuat.az Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, bu da əvvəlki tədris ilinə nisbətdə 10% çoxdur.

Bildirilib ki, tələbələr əsasən Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələrdəndir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində 2018-2023-cü illər ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr təhsil almaq hüququ qazanıb.

Həmin təhsil qrantı proqramları çərçivəsində 50-yə yaxın ölkədən 70-yə yaxın tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdirmişlər.


metbuat.az.