METBUAT.AZ

Ölkə

Bakıda 19 yaşlı qızı avtomobil vurub

28 Mart 2025 10:25

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Qələndərova Nəzrin Yalçın qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.