METBUAT.AZ

Ölkə

Bakıda yeni binalarda mənzillərin qiyməti -

17 Mart 2025 23:34

Bakıda daşınmaz əmlak bazarı daim dəyişir. Mənzilin yerləşdiyi ərazi, sahəsi, otaq sayı və təmir səviyyəsi onun qiymətinə təsir göstərən əsas faktorlardır. Bəs Bakının bəzi ərazilərindəki yeni binalarda mənzillərin qiymətləri necədir?

Metbuat.az bununla bağlı elan saytları üzərindən araşdırma aparıb:

Ərazi

Otaq sayı

Sahə (m²)

Qiymət (AZN)

Nərimanov r.

2

56

172,000

2

78

240,000

Xətai r.

2

110

310,000

Ağ şəhər qəs.

4

220

950,000

Yasamal r.

3

148

400,000

Nardaran qəs.

1

53.5

318,325

Bakıxanov qəs.

2

75

200,000

Yeni Yasamal

2

75

245,000

Nizami m.

5

440

2,200,000

Masazır

2

51

66,000

4

79

75,000

3

86

105,000

3

88

110,000

Hövsan

2

70

95,000

3

70

105,000

3

76

110,000

2

60

90,000

Binə

2

65

70,000

3

85

95,000

3

90

110,000

Daşınmaz əmlak bazarını analiz edən mütəxəssislərin fikrincə, aprel ayından etibarən mənzil bazarında qiymətlərin artması gözlənilir. Bu, mövsümə uyğun olaraq artan tələbat və xaricdən gələn investorların daşınmaz əmlak bazarına marağı ilə əlaqələndirilir.

Əgər yeni mənzil almağı planlaşdırırsınızsa, mart və aprel aylarında qiymətlərin hələ stabil olduğu vaxtlarda alqı-satqı etmək daha məqsədəuyğun ola bilər.

Sevinc İbrahimzadə / Metbuat.az



metbuat.az.