METBUAT.AZ

İdman

"Barselona" ulduz futbolçuya qapını göstərdi -

12 Mart 2025 09:42

"Barselona" qapıçısı İnyaki Penyanı klubdan göndərəcək.

Metbuat.az xəbər verir ki, Voytsex Şensnının uğurlu oyunu Penyanın ehtiyatda qalmasına səbəb olub. Bildirilir ki, klub onun xidmətində maraqlı deyil. Zədələnən qapıçı Mark-Andre ter Şteqen yeni mövsümdə heyətə qayıda biləcəyi üçün Penyanın heyətə düşmək şansını daha da çətinləşdirir. İddialara görə, "Qalatasaray" futbolçunu heyətinə qatmaqda maraqlıdır.

Qeyd edək ki, Mark-Andre ter Şteqen zədələnəndən sonra "Barselona" karyerasını yekunlaşdıran Voytsex Şensnıya təklif irəli sürmüşdü.



metbuat.az.