METBUAT.AZ

İdman

“Bavariya” səfərdə heç-heçə edib

16 Mart 2025 00:15

Bundesliqanın 26-cı turunda “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub.

Metbuat.az xəbər verir ki, görüşdə münxenlilər 75-ci dəqiqədə Leroy Sanenin sayəsində hesabda irəli çıxıblar.

Lakin 83-cü dəqiqədə ev sahibləri oyunda tarazlığı bərpa ediblər. Paytaxt təmsilçisinin heyətində Benedikt Hollerbax fərqlənib.

Qarşılaşma 1-1 hesabı ilə başa çatıb.


metbuat.az.