METBUAT.AZ

Ölkə

Bayram namazının qılınacağı vaxt açıqlandı

17 Mart 2025 12:34

Bayram namazı mart ayının 30-da qılınacaq.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur.

"Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00-da qılına bilər. Hələlik fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir", - deyə F.Nurullayev qeyd edib.


metbuat.az.