METBUAT.AZ

Dünya

Britaniyadan Fərhad Əhmədovla bağlı qərar

19 Mart 2025 19:20

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin tərkibində Maliyyə sanksiyalarının həyata keçirilməsi üzrə idarənin bəyanatında bildirilir.

"Aşağıdakı qeyd konsolidasiya edilmiş siyahıdan çıxarılıb və artıq aktivlərin dondurulmasına və ya trast əməliyyatlarına qadağa tətbiq edilmir: Fərhad Əhmədov", - deyə məlumatda qeyd olunub.


metbuat.az.