METBUAT.AZ

Dünya

Ermənistanda iki sərhədçi qəzaya düşdü -

25 Mart 2025 14:23

Ermənistanın cənubunda iki nəfər rusiyalı sərhədçi qəzaya düşüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsində onlardan biri ölüb, digəri yaralanıb.

Qeyd olunub ki, "UAZ" markalı avtomobilin Meqri-Nrnadzor yolunda dərəyə düşməsi nəticəsində, 30 yaşlı sərhədçi yerindəcə ölüb, 22 yaşlı sərhədçi isə xəstəxanaya aparılıb.


metbuat.az.