METBUAT.AZ

Sosial

Fevralda 12 uşaq övladlığa verilib

8 Mart 2025 12:50

Sosial Xidmətlər Agentliyi fevral ayında 12 uşağı övladlığa verib.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirləri nəticəsində 19 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 11 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.


metbuat.az.