METBUAT.AZ

Hadisə

Gəncədə yanğın oldu

24 Mart 2025 14:22

Gəncə şəhərinin Məhsəti qəsəbəsində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.