METBUAT.AZ

Hadisə

Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi

14 Mart 2025 12:33

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib

Metbuat.az Report-a istinadən xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.