METBUAT.AZ

Hadisə

Güclü külək yas çadırını uçurdu -

20 Mart 2025 18:14

Beyləqanda əsən güclü külək yas çadırını uçurub.

Metbuat.az xəbər verir ki, hadisə ötən gün rayonun İmamverdilər kəndində baş verib.

Vəfat edən kənd sakini, 1967-ci il təvəllüdlü Eldar Hacıyev üçün qurulan yas çadırını əsən güclü külək uçurub.

Nəticədə qurulan çadırın dəmir ayaqları evin üzərinə düşərək evin üstündəki şiferləri sınıdırıb, çadırlar yararsız hala düşüb.



metbuat.az.