METBUAT.AZ

Siyasət

İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqlədi

15 Mart 2025 11:36

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanunu təsdiq edib.

Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.


metbuat.az.