METBUAT.AZ

Gündəm

İmamoğlu ikinci dəfə ifadə verir

22 Mart 2025 11:42

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ikinci dəfə polisdə ifadə verir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq çərçivəsində Əkrəm İmamoğlu da daxil olmaqla 106 nəfərin həbsinə qərar verib. Hazırda həmin şəxslərdən 90-ı saxlanılıb.

İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıqda, korrupsiya və rüşvət ittihamlarında təqsirləndirilir. Onun bu gün axşam saatlarında hakim qarşısına çıxarılacağı gözlənilir.


metbuat.az.