METBUAT.AZ

İdman

İtaliyalı qapıçı Çempionlar Liqasında həftənin oyunçusu seçildi

14 Mart 2025 03:19

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Metbuat.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı qolkiper 1/8 final mərhələsinin "Liverpul"a (İngiltərə) qarşı cavab matçının penaltilər seriyasında iki zərbəni dəf edərək, parislilərin 1/4 finala yüksəlməsində pay sahibi olub.

Qeyd edək ki, mükafata həmçinin Harri Keyn (“Bavariya”, Almaniya), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya”, Almaniya) namizəd idi.


metbuat.az.