METBUAT.AZ

Dünya

İtkin düşən sakin 95 gün sonra okeanda sağ tapıldı

17 Mart 2025 22:43

Perunun cənub sahilindəki Markona şəhərində fırtına səbəbilə itkin düşən Maximo Napa 95 gün sonra sağ tapılıb.

Metbuat.az xəbər verir, sakin fırtına səbəbilə istiqamətini itirərək 95 gün Sakit okeanda qalıb. Bildirilir ki, o, sağ qalmaq üçün həşəratlar, quşlar və dəniz tısbağalarını yeyib. Məlumata görə, Napanın axtarışlarına Peru dəniz patrulları cəlb edilib. Lakin onu tapmaq mümkün olmayıb. Napa Ekvador dəniz patrulu tərəfindən tapılıb. Sonuncu dəfə uşaq ikən tısbağa yediyini ifadə edən Napa, həyatda qalmaq üçün yağış suyu topladığını ifadə edib.

“Mənə ikinci şans verdiyi üçün Allaha şükür edirəm” deyən Napa, bəzi günlər ac qaldığını qeyd edib.


metbuat.az.