METBUAT.AZ

Hadisə

Kamil Əliyev və Yəhya Yaqubov

14 Mart 2025 10:14

Gəncə şəhərində iki yeniyetmə itkin düşüb.

Metbuat.az xəbər verir ki, 17 yaşlı Əliyev Kamil İlkin oğlu martın 9-da itkin düşüb.

Yaxınlarının sözlərinə görə, o, gecə saatlarında tanışının yaşadığı ünvandan Bakıya getmək adı ilə çıxıb və itkin düşüb.

Həmçinin martın 12-də 15 yaşlı Yaqubov Yəhya Əsgər oğlu Gəncədə yaşadığı evdən çıxıb, naməlum istiqamətdə gedərək itkin düşüb.

Hər iki faktla bağlı Gəncə şəhər BPİ-nin 1-ci və 2-ci polis şöbələrində araşdırma aparılır.


metbuat.az.